<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>393</hymn_number>
<lyrics>[V1]
 Böyük sıxıntı içində yaşayıram bu dünyada,
 Qəlbim çırpınır köksümdə, qalmışam bu çaxnaşmada.

[C1]
   Bilirəm ki, rəhmlisən, məhəbbətli, səbrlisən,
   Sən Allahsan, mən bəndənəm, hər bir dərdə çarə Sənsən.

[V2]
 Bu dünyaya necə sığım, viran qalıbdır varlığım,
 Rəhm et mənə, Yaradanım, qoy pak olsun ruhum, canım.

[V3]
 Günahlıdır əməllərim, bilmirəm heç mən nə edim?
 Qapımı hey döyür ölüm, heç kimə yoxdur ümidim.</lyrics>
<title>Böyük sıxıntı içində yaşayıram bu dünyada İL393</title>
</song>